Cəmiyyət

Oğuzda güclü külək ağacı aşırıb, 15 kənd işıqsız qalıb

29 May 2026, 23:24 16 baxış
Oğuzda güclü külək ağacı aşırıb, 15 kənd işıqsız qalıb
Oğuz rayonunda güclü küləyin yaratdığı fəsadlar səbəbindən bir çox kəndlərə elektrik veirlişində problem yaşanır. Oxu.Az "Report"a istinadən xəbər verir ki, külək rayonun bəzi ərazilərində elektrik dirəklərini aşırıb. Bununla yanaşı, Qumlaq-Xalxal avtomobil yolunda irigövdəli ağac aşaraq elektrik naqillərini qırıb. Nəticədə Dəymədərə, Yemişənli, Xaçmaz, Xaçmaz Qışlaq, Sincan, Dəymədağlı, Mollalı, Tərkeş, Xalxal, Ərmənət, Qumlaq, Şirvanlı, Tayıflı, Çaldaş və Böyük Söyüdlü kəndlərində elektrik enerjisinin verilişində fasilələr yaranıb. Hazırda aidiyyəti qurumlar yaranan fəsadların aradan qaldırılması istiqamətində iş aparır.
{{gallery}}
Oğuzda güclü külək ağacı aşırıb, 15 kənd işıqsız qalıb
Mənbə oxu.az

Oxşar Xəbərlər