İqtisadiyyat

Qazaxıstandan Xəzər Boru Kəməri Konsorsiumuna alternativlər barədə açıqlama

29 May 2026, 14:30 1 baxış
Qazaxıstandan Xəzər Boru Kəməri Konsorsiumuna alternativlər barədə açıqlama
"Qazaxıstan neft ixracı üzrə bütün əlavə marşrutları nəzərdən keçirməyə hazırdır, lakin Xəzər Boru Kəməri Konsorsiumuna alternativ yoxdur". Oxu.Az-ın "Interfax" nəşrinə istinadən xəbərinə görə, bu barədə Qazaxıstanın energetika naziri Yerlan Akkenov məlumat verib. "Həmkarlarınız (jurnalistlər - red.) Qazaxıstanın alternativ marşrutları nəzərdən keçirdiyi barədə məlumatları yanlış şərh edirlər. Yenə də düzgün tərif əlavə marşrutlar olardı", - deyə qazaxıstanlı nazir KİV nümayəndələrinə bildirib. Yerlan Akkenovun sözlərinə görə, Xəzər Boru Kəməri Konsorsiumu 82 milyon ton neft nəql edə bilər və hazırda bu boru kəmərinə alternativ yoxdur.
Mənbə oxu.az

Oxşar Xəbərlər