İqtisadiyyat
Ekspert: "Dövlət Proqramı regionlarda məşğulluğu artıracaq"
"Prezident İlham Əliyevin sərəncamı ilə qəbul edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı"nın icrası regionlarda məşğulluğu artıracaq, eyni zamanda işğaldan azad olunmuş ərazilərdəki torpaq sahələrinin daha effektiv idarə olunmasına kömək edəcək". Bu fikirləri Oxu.Az-a açıqlamasında kənd təsərrüfatı eksperti Cəfər İbrahimli deyib. O bildirib ki, Dövlət Proqramında iqtisadi səmərəlilik baxımından iki vacib məsələ qeyd olunub:
"Bunlardan biri bitkiçilik sahəsi üzrə məşğulluğun artırılması, digəri isə örüş və əkin sahələrinin yaxşılaşdırılmasıdır. Hansı ki, sözügedən məsələlər illərdir müzakirə olunurdu. Nəhayət, proqramda yerini tapdı. Mövcud əkin sahələrimiz azdır. Hər regionun iqliminə uyğun əkilən bitkilərin məhsuldarlığının artırılması, səmərəli bitkilərin əlavə dəyərinin yaradılması əsas istiqamətlərdəndir. Bunu həmçinin taxılçılıqda və pambıqçılıqda tətbiq etmək mümkündür. Heyvandarlıq məsələsinə gəldikdə isə südçülük və ətçilik sahəsi üzrə də geniş imkanlarımız var. Potensialı daha da genişləndirməli, mövcud situasiyanı inkişaf etdirməliyik. Emal sənayesinin inkişafı məhsulların satış dinamikasına da köməklik göstərəcək. Məsələn, pambıq itkiyə gedir. Emal sənayesi inkişaf etdikdə bunun da qarşısını ala biləcəyik. Təbii ki, bunlar Dövlət Proqramında qəbul olunub və qeyd olunan sahələrə öz töhfəsini verəcək".

Mənbə
oxu.az