İqtisadiyyat
Jalə Əmirbəyova: "Kənd təsərrüfatı sahəsində ciddi kadr ehtiyacı var"
"Prezident İlham Əliyevin rəhbərliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə dövlət başçısı bildirdi ki, çalışmaq lazımdır ki, əhali bölgələrdə qalsın". Bu fikirləri Oxu.Az-a açıqlamasında Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası İctimai Birliyinin sədr müavini Jalə Əmirbəyova deyib.
O, dövlət başçısının fikirlərindən sitat gətirərək bildirib ki, insanlar üçün elə şərait yaradılmalıdır ki, onlar yaşadıqları regionlarda rahat işləyə və ənənəvi sahələrdə fəaliyyət göstərə bilsinlər: "Mən də bu fikri dəstəkləyirəm. Son illər Azərbaycanın savadlı və perspektivli gəncləri regionlardan böyük şəhərlərə üz tutur və ya xaricə gedirlər. Halbuki istərdim ki, həmin gənclər bölgələrdə qalıb oraların inkişafına töhfə versinlər. Təəssüf ki, gənclərin maraq göstərdiyi sahələr daha çox müasir və fərqli istiqamətlər olur, aqrar və kənd təsərrüfatı sahəsinə isə kifayət qədər yönəlmirlər. Halbuki bu sahədə ciddi kadr ehtiyacı var. Peşəkar mütəxəssislər yetişməlidir. Regionlarda doğulan uşaqlar gələcəkdə öz bölgələrində işləyib inkişaf yaratmalıdırlar. Aqrar sahə isə faktiki olaraq bütün Azərbaycanı əhatə edir. Prezident də qeyd etdi ki, əsas məqsəd məhsuldarlığın artırılması və yeni texnologiyaların tətbiqidir. Bunun üçün isə savadlı və bacarıqlı gənclərə ehtiyac var. Müvafiq qurumlar regionlarda ictimai mühitin dəyişməsi üçün çalışmalıdırlar. İnsanların, xüsusilə də gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün imkanlar yaradılmalıdır". Sədr müavini bildirib ki, Prezident xarici bazarlara çıxış məsələsinə də toxundu: "Bu istiqamətdə ciddi işlər görməliyik. Bildirildi ki, yeni bazarlara çıxmaq üçün məhsullar istehsal olunmalıdır. Dövlət sahibkarlara dəstək göstərir və aqrar sahənin inkişafı üçün bütün imkanları yaradır. Amma bununla yanaşı, gəncləri peşə məktəblərinə də cəlb etməliyik. Çünki bəzi sahələrdə peşəkar işçi çatışmazlığı daha çox hiss olunur. Bu, həm də regionlarda turizmin inkişafı deməkdir. Rayonlarda artıq yüksəksəviyyəli peşəkar işçilərə ehtiyac var. Kənd təsərrüfatı sahəsində bir çox proses avtomatlaşdırılıb və gələcəyi düşünmək lazımdır. Süni intellekt bir çox sahələri dəyişdirə bilər, amma aqrar sahə hər zaman aktual olacaq. Çünki qidaya insanlar hər gün ehtiyac duyurlar. Buna görə də aqrar sektor gələcəyin və perspektivin sahələrindən biridir. Bu sahənin inkişafı ölkə iqtisadiyyatına da böyük töhfə verəcək. Dövlət bu istiqamətdə böyük dəstək göstərir. Bizim üzərimizə düşən əsas vəzifə isə çalışmaq, öyrənmək və inkişaf etməkdir".

Mənbə
oxu.az