İdman
“Sabah” bombardiri ilə yeni müqavilə imzaladı
“Sabah” klubu futbolçusu Coy-Lens Mikelslə yeni müqavilə imzalayıb.
Axar.az xəbər verir ki, oyunçu ilə bağlanmış yeni müqavilənin müddəti 2 ildir.
Mikels “Sabah”ın tarixində ən çox qol vurmuş futbolçudur. O, komandanın heyətində keçirdiyi 139 oyunda 72 qola imza atıb.
Ruanda millisinin də üzvü olan futbolçu “Sabah” forması ilə 1 dəfə Azərbaycan çempionu olub, 2 dəfə isə ölkə kubokunu qazanıb. Premyer Liqanın 2025/2026-cı illər mövsümündə keçirdiyi 25 oyunda 19 qol vuran Mikels çempionatın bombardiri olub.
Mənbə
axar.az