İdman
"Sabah" bombardiri ilə yeni müqavilə imzalayıb
"Sabah" klubu futbolçusu Coy-Lens Mikelslə müqavilənin müddətini uzadıb. Oxu.Az xəbər verir ki, bu barədə Masazır təmsilçisi məlumat yayıb. Hücumçu ilə bağlanmış yeni sözləşmənin müddəti 2 ildir. Xatırladaq ki, Mikels "Sabah"ın tarixində ən çox qol vurmuş futbolçudur. O, komandanın heyətində keçirdiyi 139 oyunda 72 qola imza atıb. Ruanda millisinin də üzvü olan futbolçu "Sabah" forması ilə 1 dəfə Azərbaycan çempionu olub, 2 dəfə isə ölkə kubokunu qazanıb. Misli Premyer Liqasının 2025/2026 mövsümündə keçirdiyi 25 oyunda 19 qol vuran Mikels çempionatın bombardiri olub.
Mənbə
oxu.az