İdman

"Şimal" gələn mövsüm də I Liqada olacaq - VİDEO

27 May 2026, 18:24 1 baxış
"Şimal" gələn mövsüm də I Liqada olacaq - VİDEO
"Şimal" komandası 2026/2027 mövsümündə də Azərbaycanın futbol üzrə I Liqasında çıxış edəcək. Oxu.Az xəbər verir ki, Xaçmaz təmsilçisi bu nailiyyətə çempionata vəsiqə uğrunda keçirilən həlledici pley-off matçında "Qaradağ Lökbatan"ı məğlub etməklə nail olub. Şamaxı şəhər stadionunda böyük mübarizəyə səhnə olan qarşılaşma 2:1 hesabı ilə "Şimal"ın xeyrinə başa çatıb.
Qeyd edək ki, "Şimal" cari mövsüm I Liqanı 11-ci pillədə başa vurub, rəqibi "Qaradağ Lökbatan" isə II Liqada 2-ci yeri tutaraq yüksəliş üçün şans qazanmışdı.
Mənbə oxu.az

Oxşar Xəbərlər