İqtisadiyyat
Cahangir Əsgərov "Premium Bank"ın yeni səhmlərinin hamısını aldı
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) keçmiş prezidenti Cahangir Əsgərov "Premium Bank" ASC-dəki payını 84.47%-dən 86.25%-ə çatdırıb. Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu, "Premium Bank"ın nizamnamə kapitalının 20 milyon manat və yaxud 12.9% artırılaraq 154.6 milyon manatdan 174.6 milyon manata çatdırılmasından sonra baş verib. Kapital artımı üçün dövriyyəyə buraxılmış yeni səhmlərin hamısını C.Əsgərov əldə edib. Son nəticədə digər səhmdarlar - "VIP Aviation Services" MMC-nin payı 15.22%-dən 13.47%-ə, Elvira Əhmədovanın payı isə 0.31%-dən 0.28%-ə düşüb. Xatırladaq ki, "Premium Bank" 1993-cü ildə "AZAL Bank" adı ilə yaradılıb, 2008-ci ildə adını "Silk Vey Bank"a dəyişib, 2018-ci ildə isə yenidən rebrendinq edib.
Mənbə
oxu.az