İqtisadiyyat

Cahangir Əsgərov "Premium Bank"dakı payını artırdı

27 May 2026, 17:02 2 baxış
Cahangir Əsgərov "Premium Bank"dakı payını artırdı

Azərbaycan Hava Yolları QSC-nin (AZAL) keçmiş prezidenti Cahangir Əsgərov Premium Bank ASC-dəki payını 84,47%-dən 86,25%-ə çatdırıb.


Axar.az Report-a istinadla xəbər verir ki, bu, "Premium Bank"ın nizamnamə kapitalının 20 milyon manat və yaxud 12,9% artırılaraq 154,6 milyon manatdan 174,6 milyon manata çatdırılmasından sonra baş verib. Kapital artımı üçün dövriyyəyə buraxılmış yeni səhmlərin hamısını C.Əsgərov əldə edib.


Son nəticədə digər səhmdarlar - VIP Aviation Services MMC-nin payı 15,22%-dən 13,47%-ə, Elvira Əhmədovanın payı isə 0,31%-dən 0,28%-ə düşüb.


Xatırladaq ki, "Premium Bank" 1993-cü ildə "AZAL Bank" adı ilə yaradılıb, 2008-ci ildə adını "Silk Vey Bank"a dəyişib, 2018-ci ildə isə yenidən rebrendinq edib.

Mənbə axar.az

Oxşar Xəbərlər