İdman
"Neftçi" yeni mövsümün ilk transferini açıqladı - FOTO - VİDEO
"Neftçi" yeni mövsüm üçün ilk transferini açıqlayıb. Oxu.Az xəbər verir ki, Bakı təmsilçisi sol cinah müdafiəçisi Rüfət Abbasov ilə 3 illik müqavilə imzalayıb. 21 yaşlı futbolçu komandada "3" nömrəli formanı geyinəcək. "Neftçi"nin yetirməsi olan Rüfət Abbasov 2015-ci ildə klub akademiyasına qoşulub. O, 2021/22 mövsümündə əsas komandaya cəlb olunsa da, cəmi 2 rəsmi oyunda iştirak edib. Son iki mövsümü "Şamaxı" klubunda keçirən müdafiəçi Azərbaycanın U-21 millisində 17 oyuna çıxıb. Futbolçu əsas milli komandaya da dəvət alıb.
Mənbə
oxu.az