İqtisadiyyat

Dörd ayda bankların kredit faizlərindən əldə etdiyi gəlirlərin məbləği AÇIQLANDI

27 May 2026, 16:48 2 baxış
Dörd ayda bankların kredit faizlərindən əldə etdiyi gəlirlərin məbləği AÇIQLANDI
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda banklar müştərilərinə verdikləri kreditlər üzrə 1 milyard 449.5 milyon manat faiz gəliri əldə edib. Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 20,1% artıb. Qeyd edək ki, cari ilin may ayının 1-nə Azərbaycanda bankların kredit portfelinin həcmi 30 milyard 609.2 milyon manata bərabər olub. Kredit portfelinin 16 milyard 312.6 milyon manatı biznes kreditlərinin, 9 milyard 629.4 milyon manatı istehlak kreditlərinin, 4 milyard 667.2 milyon manatı isə ipoteka kreditləri təşkil edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər