İdman
Konfrans Liqasının möhtəşəm final matçı hansı kanalda yayımlanacaq?
Bu axşam UEFA Konfrans Liqasında möhtəşəm final matçı keçiriləcək. Oxu.Az xəbər verir ki, gecənin qarşılaşmasında İngiltərənin "Kristal Pelas" klubu İspaniyanın "Rayo Valyekano" komandası ilə üz-üzə gələcək. Almaniyada, "Red Bull Arena Leypziq"də keçiriləcək bu final qarşılaşmasını azərbaycanlı futbol azarkeşləri "CBC Sport" TV-də izləyə biləcəklər. UEFA Konfrans Liqası Final 27 may 23:00, "Kristal Pelas" - "Rayo Valyekano" ("CBC Sport" TV).
Mənbə
oxu.az