İqtisadiyyat
"Brent" markalı neft yenidən UCUZLAŞDI
Qlobal bazarda "Brent" markalı neft yenidən ucuzlaşıb. Oxu.Az xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb. Bakı vaxtı ilə saat 09:12-də Londonun ICE birjasında iyul ayına çatdırılma ilə "Brent" markalı neftin füçerslərinin qiyməti 1.52 dollar (1.53%) azalaraq bir barel üçün 98.06 dollar olub. Əvvəlki sessiyada isə "Brent" markalı neft 3.44 dollar (3.6%) bahalaşaraq bir barel üçün 99.58 dollar təşkil etmişdi. Nyu-York Ticarət Birjasında (NYMEX) iyul ayına çatdırılma ilə WTI markalı xam neftin füçerslərinin qiyməti 1.89 dollar (2.01%) ucuzlaşaraq bir barel üçün 92 dollara düşüb. Əvvəlki sessiyada WTI markalı xam neft 2.71 dollar (2.8%) ucuzlaşaraq bir barel üçün 93.89 dollara çatmışdı.
Mənbə
oxu.az