İdman

"Barselona"ya qarşı oyunda futbolçunun evi qarət olundu

27 May 2026, 12:12 1 baxış
"Barselona"ya qarşı oyunda futbolçunun evi qarət olundu
İspaniyanın "Valensiya" klubunun futbolçusu Larci Ramazaninin evi oğruların hücumuna məruz qalıb. Oxu.Az "Las Provincias" nəşrinə istinadən xəbər verir ki, hadisə La Liqanın XXXVIII turunda komandanın "Barselona"ya qarşı səfər oyunu keçirdiyi vaxt baş verib. Oğrular futbolçunun meydanda olmasından istifadə edərək pəncərədən evə daxil olublar. Ərazidəki siqnalizasiya sistemi hadisə zamanı işləməyib. 25 yaşlı belçikalı yarımmüdafiəçinin evindən nağd pul və qızıl-zinət əşyaları aparılıb. Dəyən maddi ziyanın təxminən 100 min avro olduğu bildirilib. Qeyd edək ki, müqavilə ilə İngiltərə təmsilçisi "Lids Yunayted"ə məxsus olan Larci Ramazani bu mövsüm icarə əsasında "Valensiya"da çıxış edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər