İdman
NBA ulduzunun kolleksiya kartı rekord məbləğə satıldı
"San Antonio Spurs" klubunun fransalı mərkəz oyunçusu Victor Vembanyamanın NBA-dakı debüt mövsümünə aid kolleksiya kartı 5.11 milyon dollara satılıb. Oxu.Az "The Athletic" nəşrinə istinadən xəbər verir ki, bu, NBA tarixində avtoqrafsız kolleksiya kartı üçün ödənilən ən yüksək məbləğ olub. Bundan əlavə, bu satış NBA kolleksiya kartları tarixində qiymət baxımından dördüncü ən böyük satış kimi qeydə alınıb. Sözügedən kart "2023-24 Panini Prizm" kolleksiyasına aiddir və dünyada cəmi bir nüsxədə buraxılıb. "The Athletic" nəşrinə anonim danışan alıcı bildirib ki, bu məbləği kartı Victor Vembanyamanın ən dəyərli kolleksiya kartı hesab etdiyi və onun uzun illər belə qalacağına inandığı üçün ödəyib.
Mənbə
oxu.az