İdman

"Real Madrid" kluba prezident seçkisinin keçiriləcəyi tarixi elan etdi

27 May 2026, 02:36 2 baxış
"Real Madrid" kluba prezident seçkisinin keçiriləcəyi tarixi elan etdi
"Real Madrid" klub prezidenti seçkisinin keçiriləcəyi tarixi açıqlayıb. Oxu.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, seçki iyunun 7-də keçiriləcək. Səsvermə yerli vaxtla saat 09:00-dan 20:00-dək "kral klubu"nun basketbol pavilyonunda baş tutacaq. Seçkidə iki namizəd iştirak edəcək: hazırkı prezident Florentino Peres və ispaniyalı iş adamı Enrike Rikelme. Qeyd edək ki, 2006-cı ildən bəri ilk dəfədir klub rəhbərliyi uğrunda minimum iki namizəd mübarizə aparacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər