Digər

Fransada istilər yeddi nəfərin həyatına son qoydu

27 May 2026, 01:25 3 baxış
Fransada istilər yeddi nəfərin həyatına son qoydu

Qərbi Avropanın böyük bir hissəsini bürüyən isti hava dalğası Fransada may ayı üçün rekord temperatura səbəb olub.


Axar.az xəbər verir ki, Fransada may ayının ən yüksək temperaturu bazar ertəsi və çərşənbə axşamı günləri qeydə alınıb.


Milli hava xidməti olan “Meteo France” istiliyin həftənin sonuna qədər davam edə biləcəyi barədə xəbərdarlıq edib.


Proqnozlara görə, bəzi bölgələrdə temperatur 39°C-yə qədər yüksələ bilər.


Fransa hökumətinin sözçüsü Maud Brejon TF1 televiziyasına verdiyi açıqlamada bildirib ki, istidən birbaşa və ya dolayı yolla yeddi ölüm hadisəsi qeydə alınıb.

Mənbə axar.az

Oxşar Xəbərlər