Digər

Azərbaycan bu konvensiyaya qoşuldu

27 May 2026, 00:28 2 baxış
Azərbaycan bu konvensiyaya qoşuldu

Azərbaycan mayın 26-da "Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası"nın ratifikasiya prosesini başa çatdırıb.


Axar.az xəbər verir ki, bu barədə Avropa Şurasının saytındakı bəyanatda deyilir.


"Azərbaycan Konvensiyaya qoşulan 16-cı ölkə olub. Sənəd 2026-cı il sentyabrın 1-dən qüvvəyə minəcək" - məlumatda qeyd olunub.


Avropa Şurasının Baş katibinin müavini Byorn Berqe ölkəmizi və Azərbaycanın Avropa Şurasındakı daimi nümayəndəsi, səfir Fəxrəddin İsmayılovu Konvensiyanın ratifikasiyası münasibətilə təbrik edib.


"İnsan hüquqlarının möhkəmləndirilməsinə və beynəlxalq əməkdaşlığa sadiqliyinizə görə təşəkkür edirik" - Berqe qeyd edib.

Mənbə axar.az

Oxşar Xəbərlər