İqtisadiyyat

Nazir: "2030-cu il üçün hədəfimiz neftdən asılılığı minimuma endirməkdir"

26 May 2026, 23:12 2 baxış
Nazir: "2030-cu il üçün hədəfimiz neftdən asılılığı minimuma endirməkdir"
"Bizim əsas prioritetlərimiz var. Bu prioritetlərimiz də daim xərc siyasətimizdə qorunacaq. Birincisi, ölkəmizin müdafiə qabiliyyəti, ölkəmizin təhlükəsizliyinin təmin olunması - onun bütün xərc təminatı hər zaman dövlət büdcəsində qorunacaq. "Böyük Qayıdış" Proqramı - vətəndaşlarımızın azad olunmuş ərazilərimizə layiqli şəkildə qayıtmasının təmin edilməsi. Ona görə də "Böyük Qayıdış" Proqramının təminatı hər zaman büdcəmizdə olacaq. Sosial rifah tədbirləri - dövlətimizin başçısının rəhbərliyi, təşəbbüsü ilə daim həyata keçirilən sosial islahatların maliyyə təminatı büdcəmizdə olacaq. İnvestisiya, dövlət investisiya portfeli... Yəni bizim bu kimi əsas prioritetlərimiz həm 2027-ci il, həm də ondan sonrakı dövrdə tərtib olunan büdcə parametrlərimizə daxil edilir". Oxu.Az xəbər verir ki, bu fikirləri maliyyə naziri Sahil Babayev AZƏRTAC-a və AzTV-yə məxsusi müsahibəsində səsləndirib. "Paralel olaraq, bu dövr üçün biz ciddi şəkildə üzərində işləyəcəyik ki, Azərbaycanın dövlət büdcəsinin neftdən asılılığını mərhələlərlə azalda bilək. Biz artıq 2026-cı ilin nəticələrinə toxunduq, mən növbəti dövr üzrə rəqəmləri demək istəyirəm. Dövlət büdcəsində neftin payı əgər keçən il 48 faiz idisə, proqnozlaşdırırıq ki, cari ildə bu pay icrada 42-43 faizə enəcək. Proqnozda 42,6 faizdir, düşünürük ki, icrada 42-43 faiz aralığında olacaq. 2030-cu ildə bu rəqəmin cəmi 30 faiz olmasını planlaşdırırıq. Bu, dövlət büdcəsində çox ciddi dəyişiklikdir. Cəmi 5 illik dönəmdə 48 faizdən 30 faizə qədər enir və artıq dövlət büdcəsinin 70 faizi qeyri-neft gəlirləri hesabına təmin olunacaq", - deyə nazir əlavə edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər