Digər
Təbrizdə kompleksdə yanğın: 8 nəfər yaralandı
Təbrizin Taleqani qəsəbəsində yerləşən yaşayış kompleksində yanğın nəticəsində 8 nəfər xəsarət alıb
Axar.az xəbər verir ki, bu haqda Təbriz Təcili Yardım Təşkilatının sözçüsü Vahid Şadiniya məlumat verib.
Yaralılara təcili tibbi yardım göstərilib.
Yanğın baş verən yaşayış binasından 50 nəfər xilas edilib.
Yanğının hansı səbəbdən baş verdiyi açıqlanmır.
Mənbə
axar.az