Digər

İranla bağlı hesabat Gürcüstanda şok effekti yaratdı

26 May 2026, 23:26 2 baxış
İranla bağlı hesabat Gürcüstanda şok effekti yaratdı

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Tehranın ölkədə artan nüfuzu ilə bağlı Hudson İnstitutunun hesabatının həmmüəllifi Georgi Kandelakini xəyanətdə günahlandırıb.


Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, Kobaxidze bu barədə sosial şəbəkə hesabında paylaşım edib.


O, Vaşinqtonda təqdim olunan hesabatın nəticələrini sərt tənqid edərək, Gürcüstanla İran arasında ikitərəfli ticarət əlaqələrinin vacibliyini vurğulayıb.


Baş nazirin açıqlamasından sonra hakim “Gürcü Arzusu” partiyasının digər nümayəndələri də oxşar ittihamlarla çıxış edərək Kandelakinin məsuliyyətə cəlb olunmasını tələb ediblər.

Mənbə axar.az

Oxşar Xəbərlər