Mirzoyandan Bakı ilə bağlı xoş xəbər...
Ermənistanın yeni təchizat zəncirlərinə inteqrasiya olunmaq və logistika marşrutlarında əsas halqaya çevrilmək üçün tarixi fürsəti yaranıb.
Axar.az xəbər verir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.
Onun sözlərinə görə, dəyişən beynəlxalq şərait Ermənistan, eləcə də qonşu ölkələr, həmçinin Azərbaycan üçün yeni imkanlar açır və rəsmi İrəvanın atdığı addımlar da məhz bu rolu təmin etməyə hesablanıb:
“Biz bu sahədə qonşu ölkələrlə, eləcə də Azərbaycanla sıx əlaqədəyik. Regionda yeni regional logistika mərkəzi yaranır və ölkələrimiz bu sahədə böyük işlər görür. İrəvan və Bakı bu sahədə ciddi işlər görür. Dəhliz açıldıqdan sonra yeni tranzit imkanlar yaranacaq”.
Mirzoyan vurğulayıb ki, Ermənistan regional logistika və nəqliyyat mərkəzinə çevrilmək istiqamətində fəaliyyətini davam etdirir.