İdman
Entso Mareska "Mançester Siti" ilə müqavilə imzaladı
Məşqçi Entso Mareska "Mançester Siti" ilə müqavilə imzalayıb. Oxu.Az xəbər verir ki, jurnalist və insayder Fabritsio Romanonun sosial şəbəkədə paylaşdığı məlumata görə, yeni baş məşqçinin təyinatı ilə bağlı rəsmi açıqlamanın yaxın vaxtlarda veriləcəyi gözlənilir. Mənbənin məlumatına görə, 46 yaşlı italiyalı mütəxəssis klubla 2029-cu ilə qədər qüvvədə olacaq müqaviləyə imza atıb. "Mançester Siti" rəhbərliyi Mareskaya komandanın transfer strategiyasını formalaşdırmaq üçün tam səlahiyyət verib. Entso Mareskanın "Mançester Siti"də iş təcrübəsi var. O, 2022-2023-cü illərdə Pep Qvardiolanın məşqçilər heyətində yer alıb. İtaliyalı mütəxəssis daha əvvəl klubun gənclər komandaları ilə də çalışıb.
Mənbə
oxu.az