Digər

İsrail ordusu Livanda əməliyyatı genişləndirir

26 May 2026, 22:07 1 baxış
İsrail ordusu Livanda əməliyyatı genişləndirir

İsrail Müdafiə Qüvvələri strateji ərazilərə nəzarəti ələ keçirmək məqsədilə Livanın cənubunda hərbi əməliyyatı genişləndirir.


Axar.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu Təhlükəsizlik Kabinetinin iclasında deyib.


"Mənim göstərişimə uyğun olaraq Livandakı əməliyyatı genişləndiririk. İsrail Müdafiə Qüvvələri bölgədə böyük qüvvələrlə fəaliyyət göstərir və strateji əraziləri nəzarətə götürür. Biz İsrailin şimalındakı yaşayış məntəqələrini qorumaq üçün təhlükəsizlik zonasını gücləndiririk", - Netanyahu bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər