İdman

Bakıda Çövkən üzrə Dünya Çempionatı keçiriləcək

26 May 2026, 22:42 2 baxış
Bakıda Çövkən üzrə Dünya Çempionatı keçiriləcək

İyunun 7–13-də Binə Atçılıq Mərkəzində Çövkən üzrə Dünya Çempionatı keçiriləcək.


Bu barədə Axar.az-a Atçılıq Federasiyasından məlumat verilib.


Bildirilib ki, turnirdə Asiya, Avropa, Afrika və Cənubi Amerikanı təmsil edən ölkələrin milli komandaları iştirak edəcək.


Çempionatda Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Polşa, Nigeriya, Niger, Çili, Uruqvay və Küveyt komandaları mübarizə aparacaq. Dünya çempionatı çövkən ənənələrinin beynəlxalq səviyyədə tanıdılması, idman əlaqələrinin inkişafı və qədim atüstü oyunun dünya miqyasında təşviqi məqsədi daşıyır.


“Yarış həftəsi ərzində tamaşaçıları yüksək rəqabət, milli ənənələr və unudulmaz idman atmosferi gözləyir”, - deyə məlumatda vurğulanıb.

Mənbə axar.az

Oxşar Xəbərlər