Digər

İsrail hücumları: Livanda ölənlərin sayı 3200-ü ötdü

26 May 2026, 21:50 2 baxış
İsrail hücumları: Livanda ölənlərin sayı 3200-ü ötdü

İsrail Müdafiə Ordusunun Livanın cənub-qərbinə endirdiyi aviazərbələr nəticəsində sutka ərzində 28 nəfər ölüb, 104 nəfər isə yaralanıb.


Axar.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi X sosial şəbəkə hesabında məlumat yayıb.


"Martın 2-də hərbi eskalasiya başlayandan bəri həlak olan vətəndaşların ümumi sayı 3213-ə, yaralıların sayı isə 9737-yə çatıb", - nazirlikdən bildirilib.


Qeyd olunur ki, günün ikinci yarısında Nəbatiyyə vilayəti və Bekaa vadisindəki yaşayış məntəqələri intensiv bombardmanlara məruz qalıb.


"Xilasedici qruplar bir sıra yerlərdə dağıntıların təmizlənməsini davam etdirir, qurbanların və zərərçəkənlərin sayı arta bilər", - məlumatda vurğulanıb.

Mənbə axar.az

Oxşar Xəbərlər