İdman
"Sabah" Stas Pokatilovla müqavilə imzalayıb
"Sabah" futbol klubu Stas Pokatilovla yeni müqavilə imzalayıb. Oxu.Az bu barədə kluba istinadən xəbər verir. Bildirilib ki, "Sabah" FK qapıçı Stas Pokatilovla yeni müqavilə imzalayıb. Qazaxıstanlı qolkiperlə yeni müqavilənin müddəti 1 ildir. Stas 2025-ci ilin yanvar ayından "Sabah"ın uğurları üçün çalışır. 33 yaşlı qapıçı komandanın heyətində 61 oyun keçirib, bir dəfə Azərbaycan çempionu olub, 2 dəfə ölkə kubokunun qalibi olub.
Mənbə
oxu.az