İdman
"Turan Tovuz"un futbolçusu Panama millisinə dəvət alıb
"Turan Tovuz"un futbolçusu Roderik Miller Panama millisinin DÇ-2026 üçün yekun heyətinə dəvət alıb. Klubdan Oxu.Az-a verilən məlumata görə, yığmanın baş məşqçisi Tomas Kristiansen mundiala yollanacaq heyətə Roderik Millerin də adıını daxil edib. Qeyd edək ki, iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatında Panama millisi L qrupunda Xorvatiya, İngiltərə və Qana ilə mübarizə aparacaq.
Mənbə
oxu.az