İdman

İngiltərə Premyer Liqası gələn mövsümün yeni topunu təqdim edib

26 May 2026, 19:50 2 baxış
İngiltərə Premyer Liqası gələn mövsümün yeni topunu təqdim edib
İngiltərə Premyer Liqası (İPL) komandaların 2026/2027 mövsümündə oynayacaqları yeni topu təqdim edib. Oxu.Az bu barədə İPL-nin rəsmi saytına istinadən xəbər verir. Bu, "Puma" şirkətinin İPL üçün rəsmi oyun toplarının tədarükçüsü olduğu ikinci mövsümdür. Topun konstruksiyası əvvəlki mövsümün modifikasiyasından fərqlənir, dizaynı isə çəhrayı, firuzəyi, mavi və bənövşəyi rəngli detallarla tamamlanıb. Qeyd olunur ki, panellərin yeni konstruksiyası hava axınını tarazlaşdırır və müqaviməti azaldır, bu da hər bir zərbə zamanı uçuş trayektoriyasının daha dəqiq və düzgün olmasını təmin edir. Topun daha kələ-kötür və relyefli xarici səthi isə hərəkət zamanı havada sürəti və sabitliyi qorumaq üçün nəzərdə tutulub.
İngiltərə Premyer Liqası gələn mövsümün yeni topunu təqdim edib İngiltərə Premyer Liqası gələn mövsümün yeni topunu təqdim edib
Mənbə oxu.az

Oxşar Xəbərlər