İqtisadiyyat

SOCAR-ın vitse-prezidenti Çin şirkətinin nümayəndəsi ilə görüşüb - FOTO

26 May 2026, 16:35 1 baxış
SOCAR-ın vitse-prezidenti Çin şirkətinin nümayəndəsi ilə görüşüb - FOTO
SOCAR-ın vitse-prezidenti Babək Hüseynov "China Offshore Oil Engineering Company" (COOEC) şirkətinin baş direktorunun müavini Vanq Vey ilə görüşüb. Oxu.Az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb. Bildirilib ki, görüşdə iki şirkət arasında potensial tərəfdaşlıq imkanları nəzərdən keçirilib və əlaqələrin genişləndirilməsinin önəmi vurğulanıb. Bu xüsusda, tərəflər "Abşeron" yatağının tammiqyaslı işlənməsi layihəsi çərçivəsində mümkün əməkdaşlıq istiqamətlərini nəzərdən keçiriblər. Söhbət zamanı qonaqlara SOCAR-ın strateji hədəfləri, quruda və dənizdə həyata keçirdiyi enerji layihələri barədə ətraflı məlumat verilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
{{gallery}}
SOCAR-ın vitse-prezidenti Çin şirkətinin nümayəndəsi ilə görüşüb - FOTO SOCAR-ın vitse-prezidenti Çin şirkətinin nümayəndəsi ilə görüşüb - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər