İdman
Meydanda kütləvi dava və söyüş: "Qarabağ" və "Neftçi" azarkeşsiz oynayacaq
AFFA Gənclər Liqasında mübarizə aparan "Qarabağ" və "Neftçi" komandaları qarşıdakı iki ev matçında azarkeş dəstəyindən məhrum olacaqlar. Oxu.Az xəbər verir ki, bu barədə milli assosiasiyanın İntizam Komitəsi qərar çıxarıb. Sanksiyaya səbəb kimi hər iki klubun tərəfdarlarının komandalar arasındakı gərgin keçən matçda kütləvi qarşıdurma yaratması göstərilib. Cəzalar yalnız klublarla məhdudlaşmayıb. "Qarabağ"ın futbolçusu Əli İbrahim oyunun 90+5-ci dəqiqəsində rəqibin ehtiyat oyunçular skamyasına tərəf qeyri-etik ifadələr işlətdiyinə görə qırmızı vərəqə alıb və nəticədə 5 oyunluq diskvalifikasiya edilib. Onun komanda yoldaşı Tunar Qasımov isə meydanda nümayiş etdirdiyi təcavüzkar davranışa görə qırmızı vərəqə ilə cəzalandırılaraq növbəti 3 qarşılaşmadan kənarlaşdırılıb. Analoji aqibətlə "Neftçi"nin oyunçusu Nihad Ömərov da üzləşib. O, təcavüzkar hərəkətləri ucbatından qarşıdakı 3 görüşdə komandasına kömək edə bilməyəcək.
Mənbə
oxu.az