İdman
"Araz-Naxçıvan" baş məşqçisi Andrey Demçenko ilə yollarını ayırdı
"Araz-Naxçıvan" komandasının baş məşqçisi Andrey Demçenko ilə yollar ayrılıb. Oxu.Az xəbər verir ki, ukraynalı mütəxəssisin klubla müqaviləsinin müddəti başa çatıb. Klub rəhbərliyi ona göstərdiyi xidmətlərə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb. Qeyd edək ki, Andrey Demçenko 2026-cı ilin yanvarında "Araz-Naxçıvan"ın baş məşqçisi təyin olunmuşdu. Komanda onun rəhbərliyi altında keçirdiyi 17 rəsmi oyunda 6 qələbə qazanıb, 2 heç-heçə edib.
Mənbə
oxu.az