İdman

Kütləvi dava: “Qarabağ” və “Neftçi” cəzalandırıldı

26 May 2026, 14:48 2 baxış
Kütləvi dava: “Qarabağ” və “Neftçi” cəzalandırıldı

AFFA Gənclər Liqasında çıxış edən "Qarabağ" və "Neftçi" komandaları növbəti iki ev oyununu azarkeşsiz keçirəcək.


Axar.az xəbər verir ki, bu barədə milli assosiasiyanın İntizam Komitəsi qərar çıxarıb.


Buna hər iki klub azarkeşlərinin komandalar arasındakı matçda kütləvi qarşıdurmada iştirakları səbəb olub.


Bundan əlavə, "Qarabağ"ın futbolçusu Əli İbrahim 90+5-ci dəqiqədə rəqibin ehtiyat oyunçular skamyasına tərəf baxaraq söyüş söydüyünə görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün 5 oyunluq cəza ilə üzləşib. Onun komanda yoldaşı Tunar Qasımov təcavüzkar davranışa görə qırmızı vərəqə alıb. Futbolçu növbəti 3 qarşılaşmada iştirak edə bilməyəcək.


"Neftçi"nin oyunçusu Nihad Ömərov da təcavüzkar davranış ucbatından 3 görüşə buraxılmayacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər