İdman

"Neftçi" Vensan Abubakarla bağlı QƏRARINI VERDİ

26 May 2026, 13:36 1 baxış
"Neftçi" Vensan Abubakarla bağlı QƏRARINI VERDİ
Vensan Abubakar "Neftçi" futbol klubu ilə yollarını rəsmən ayırıb. Oxu.Az-ın əldə etdiyi məlumata əsasən, tərəflər arasında başa çatan müqavilənin müddəti yenidən uzadılmayıb və futbolçu komandanı tərk edib. Bildirək ki, ötən mövsümdən etibarən "Neftçi"nin formasını geyinən Abubakarın müqaviləsində mövcud olan 1 illik uzatma bəndi aktivləşdirilməyib. Xatırladaq ki, Vensan Abubakar cari mövsüm ərzində "Neftçi"nin heyətində 18 rəsmi qarşılaşmada yaşıl meydana çıxıb, rəqib qapılarından 9 top keçirib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər