İdman

Azərbaycan çempionatının ən çox izlənən klubları məlum oldu

26 May 2026, 13:48 1 baxış
Azərbaycan çempionatının ən çox izlənən klubları məlum oldu
"Qarabağ" Misli Premyer Liqasının 2025/2026 mövsümündə ev oyunlarında azarkeş sayına görə lider olub. Oxu.Az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, son mövsümün oyunlarını ümumilikdə 285 min 778 tamaşaçı izləyib. Nəticəsi ləğv olunan "İmişli" - "Sumqayıt" matçı nəzərə alınmaqla baş tutan 198 görüşdə orta göstərici 1443-ə bərabər olub. Ən çox azarkeş XXVIII turun "Qarabağ" - "Sabah" görüşündə qeydə alınıb. Aprelin 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada 17 min 338 izləyici olub. Bu komandaların eyni arenada baş tutan XXII turdakı matçı siyahıda ikincidir. Martın 1-də baş tutan oyunu 10 min 361 tamaşaçı seyr edib. Ən çox izləyici toplayan iki matçın ev sahibi olan "Qarabağ" öz meydanındakı oyunlardakı tamaşaçı sayında da 1-ci olub. Ümumilikdə 51 min 167 tamaşaçı toplayan Ağdam klubunun orta göstəricisi 3010-a bərabər olub. "Neftçi" tamaşaçı sayında 2-ci yeri tutub - 44 min 693 (orta göstərici - 2793). İlk "üçlüy"ü "Sumqayıt" qapayıb - 39 min 560 (orta göstərici - 2473)
Klub Tamaşaçı Oyun Orta
1 Qarabağ FK 51,167 17 3,010
2 Neftçi PFK 44,693 16 2,793
3 Sumqayıt FK 39,560 16 2,473
4 Turan Tovuz 34,550 16 2,159
5 Karvan-Yevlax FK 27,380 17 1,611
6 Sabah FK 23,623 17 1,390
7 Şamaxı FK 18,150 17 1,068
8 Kəpəz PFK 13,150 16 822
9 Zirə FK 12,350 17 726
10 Qəbələ FK 9,670 16 604
11 İmişli FK 7,765 16 485
12 Araz-Naxçıvan PFK 3,720 17 219
Cəmi 285,778 198 1,443
Mənbə oxu.az

Oxşar Xəbərlər