Ukrayna müharibəsindən dərs çıxarmadıq - Petreus
Biz hələ də Ukraynadakı müharibədən dərs çıxarmamışıq.
Axar.az xəbər verir ki, bunu Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Devid Petreus deyib.
“Müharibənin gələcəyi məhz belə görünür. Ukrayna gündə 10 min drondan istifadə edir. Rusiya itkilərinin 90%-i dronların vurduğu zərbədən olub. Tanklar artıq manevr edə bilmir. Onlar salamat qala bilməz. Zirehli maşınlar da salamat qala bilməz. Yeri gəlmişkən, gələcəkdə daha da çox olacaq. Cəmi bir-iki il ərzində uzaqdan idarə olunmayan pilotsuz sistemlər görəcəyik. Gələcəkdə uzaqdan idarəetmə üçün operator tələb etməyən, həqiqətən də sərbəst sistemlər olacaq. O zaman dünya dron sürüləri ilə qarşılaşacaq. Və hələlik bunun üçün bir həll yolumuz yoxdur”, - o bildirib.