Digər
Putin zərbə təhdidləri ilə Trampa siqnal göndərir - Kuleba
Rusiya Prezidenti Vladimir Putin Kiyevə zərbə təhdidləri ilə amerikalı həmkarı Donald Trampa ukraynalıları müharibənin bitməsi şərtləri ilə razılaşmağa məcbur etmək üçün siqnal göndərir.
Axar.az xəbər verir ki, bunu Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba deyib.
“O, Trampı danışığa dəvət edir. Bunu etməməyimi istəyirsən? Onda gəlin, ukraynalılara təzyiq göstərin ki, yola gəlsinlər, təslim olsunlar”, - o bildirib.
Qeyd edək ki, Rusiya XİN rəhbəri Sergey Lavrov amerikalı həmkarı Marko Rubioya zəng edərək, Kiyevə ağır zərbələr endiriləcəyi barədə Rusiya lideri Putinin mesajını çatdırıb.
Mənbə
axar.az