İdman
"Şahdağ Qusar"da ciddi dəyişiklik: Baş məşqçi və köməkçiləri ilə yollar ayrıldı
Azərbaycanın I Liqasında mübarizə aparan "Şahdağ Qusar" klubunda ciddi kadr dəyişikliyi baş verib. Oxu.Az futbol klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Qusar təmsilçisi baş məşqçisi Elnur Abdullayev, eləcə də onun köməkçiləri - Babək Allahverdiyev və Əlimirzə Daşzərini ilə əməkdaşlığa son qoyub. Məlumata görə, rəhbərlik sözügedən məşqçilər korpusu ilə başa çatan müqavilənin müddətini yeniləməmək qərarına gəlib. Xatırladaq ki, "Şahdağ Qusar" arxada qalan mövsümdə I Liqada aktivinə 43 xal yazdıraraq turnir cədvəlini 5-ci pillədə yekunlaşdırıb.
Mənbə
oxu.az