Digər

Azərbaycanın dostu Xızrı Şıxsəidov vəfat etdi

26 May 2026, 12:45 2 baxış
Azərbaycanın dostu Xızrı Şıxsəidov vəfat etdi

Dağıstanın qumuq əsilli məşhur dövlət xadimi Xızrı Şıxsəidov vəfat edib.


Axar.az xəbər verir ki, o, 24 mayda dünyasını dəyişib.


Xızrı Şıxsəidov 1 avqust 1947-ci ildə Buynaksk şəhərində anadan olub. Milliyyətcə qumuqdur. 1970-ci ildə Dağıstan Kənd Təsərrüfatı İnstitutunu, 1982-ci ildə isə Rostov Ali Partiya məktəbini bitirib.


1970-ci ildən Buynaksk rayonunda kənd təsərrüfatı sahəsində aqronom kimi fəaliyyətə başlayıb. Sonradan müxtəlif vəzifələrdə, partiya orqanlarında və respublikanın kənd təsərrüfatı müəssisələrində fəaliyyət göstərib. 1985–1990-cı illərdə Dağıstan SSR-in Ali Sovetinin IX çağırış deputatı, 1990-cı ildən 1995-ci ilə qədər Dağıstan Respublikasının Ali Sovetinin xalq deputatı seçilib. 1992-ci ilin noyabr ayından 1995-ci ilin oktyabr ayına qədər Müqaviləli Respublika Korporasiyası olan "Daqvino"nun prezidenti olub. 1995-ci ildə Dağıstan Respublikasının Xalq Məclisinin deputatı seçilib. Elə həmin ildə Dağıstan Respublikasının Hesablama Palatasının sədri təyin edilib.


1997-ci ilin avqust ayında Dağıstan Respublikası Hökumətinin sədri təyin edilib. Bununla yanaşı, həm də Dağıstan Respublikasının Dövlət Məclisi sədrinin birinci müavini vəzifəsini icra edib.


2007–2013-cü illər arasında Rusiya Federasiyasının Dövlət Dumasının Federal Məclisinin, 2013-2021-ci illərdə Dağıstan Respublikasının Xalq Məclisinin sədri olub.


Xızrı Şıxsəidovun Azərbaycana səmimi və xoş münasibəti olub və Rusiya-Azərbaycan, Dağıstan-Azərbaycan əlaqələrinin inkişafındakı roluna görə 2017-ci ildə Azərbaycanın “Dostluq” ordeni ilə təltif edilib.

Mənbə axar.az

Oxşar Xəbərlər