İdman
"Neftçi"nin gənc istedadı Avropaya yollanır - RƏSMİ
"Neftçi"nin və 21 yaşlılardan ibarət milli komandamızın gənc futbolçusu Murad Məmmədov karyerasında yeni səhifə açaraq Kiprin "Pafos" klubuna transfer olunub. Bu barədə Oxu.Az-a Bakı klubunun mətbuat xidmətindən bildirilib. Qeyd edək ki, 2024/2025 mövsümündən etibarən əsas komandanın formasını geyinən 20 yaşlı oyunçu bu dövr ərzində meydana çıxdığı 41 qarşılaşmada 4 dəfə fərqlənməyi bacarıb. Bundan əlavə, o, U-21 millimizin heyətində keçirdiyi 10 matçda rəqib qapılarından 1 qol keçirib.
Mənbə
oxu.az