İdman

"Sumqayıt" klubu baş məşqçisi Saşa İliçlə yollarını ayırdı

26 May 2026, 10:30 3 baxış
"Sumqayıt" klubu baş məşqçisi Saşa İliçlə yollarını ayırdı
"Sumqayıt" futbol klubu serbiyalı baş məşqçisi Saşa İliçlə yollarını rəsmən ayırıb. Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, tərəflər arasında əməkdaşlığa mütəxəssisin müqavilə müddətinin başa çatması səbəbindən xitam verilib. Qeyd edək ki, Saşa İliçin rəhbərliyi altında "Sumqayıt" 2025/2026-cı illər mövsümünü aktivindəki 41 xalla turnir cədvəlinin yeddinci pilləsində tamamlayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər