İdman

"Qarabağ"dan növbəti transfer bombası: Hücum xəttinə yeni ulduz gəlir

26 May 2026, 11:00 3 baxış
"Qarabağ"dan növbəti transfer bombası: Hücum xəttinə yeni ulduz gəlir
Yay transfer transfer pəncərəsinə sürətli başlayan "Qarabağ" klubu heyətini daha bir istedadlı futbolçu ilə gücləndirməyə hazırlaşır. Oxu.Az xəbər verir ki, Ağdam təmsilçisi Serbiyanın məşhur "Srvena Zvezda" klubunda çıxış edən Şavi Babikanın transferini rəsmiləşdirmək üzrədir. Lakin bu transfer mübarizəsində "Qarabağ" tək deyil. Kiprin "Omoniya" və Yunanıstanın AEK komandaları da futbolçunu yaxından diqqətdə saxlayır. Xatırladaq ki, oyunçunun Serbiya klubu ilə rəsmi müqavilə müddəti 2028-ci ilin yay aylarında başa çatır və Şavi Babika arxada qalan mövsümü məhz icarə əsasında Türkiyənin "Fatih Karagümrük" klubunda tamamlayıb. Xatırladaq ki, aktiv transfer siyasəti yürüdən "Qarabağ" bundan əvvəl "Omoniya"dan Jali Muaddibi və "Yurqorden"dən Zakaria Savonu rəsmən öz rənglərinə bağlayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər