Maraqlı

İngiltərədə çılğın yarış: İnsanlar pendirin ardınca təpədən yuvarlanırlar - FOTO

26 May 2026, 07:02 2 baxış
İngiltərədə çılğın yarış: İnsanlar pendirin ardınca təpədən yuvarlanırlar - FOTO
Hər il İngiltərənin Qlosterşir qraflığında onlarla kişi qeyri-adi yarışda iştirak edir. Onlar təpədən aşağı yuvarlanan pendir təkərinin ardınca qaçaraq onu tutmağa çalışırlar. Oxu.Az rg.ru saytına istinadən xəbər verir ki, Münhendən olan 24 yaşlı Tom Kopke ənənəvi dağ yarışında ardıcıl üçüncü dəfə qalib gələrək bu yarışın rekordçusu Kris Andersonu geridə qoyub. Yarışda 23 dəfə qalib gəlmiş britaniyalı üçün də sevinməyə səbəb var idi. Belə ki, onun 11 yaşlı oğlu Uilyam uşaqlar arasında keçirilən yarışın qalibi olub. Kökləri bütpərəstlik dövrünün bahar bayramlarına qədər gedib çıxan bu yarış uzun illərin ənənəsi hesab olunur. Pendir yarışı hər il İngiltərənin Brokvort kəndində - Birmingem şəhərinin cənubunda və Oksfordun qərbində keçirilir. İştirakçılar sürəti saatda 100 kilometrdən çox ola bilən pendir təkərinin ardınca qaçırlar. Yarışda "Double Gloucester Cheese" növündən olan üç kiloqramlıq pendir təkərindən istifadə edilir. Məqsəd təpədən aşağı yuvarlanan pendiri finiş xəttinə qədər mümkün qədər tez tutmaqdır.
{{gallery}}
İngiltərədə çılğın yarış: İnsanlar pendirin ardınca təpədən yuvarlanırlar - FOTO İngiltərədə çılğın yarış: İnsanlar pendirin ardınca təpədən yuvarlanırlar - FOTO İngiltərədə çılğın yarış: İnsanlar pendirin ardınca təpədən yuvarlanırlar - FOTO İngiltərədə çılğın yarış: İnsanlar pendirin ardınca təpədən yuvarlanırlar - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər