Maraqlı
Oliver Stounun oğlundan açıqlama: "ABŞ yadplanetli texnologiyalarından istifadə edir"
Amerikalı kinorejissor Oliver Stounun oğlu Şon Stoun jurnalist Taker Karlsona verdiyi müsahibədə ABŞ hakimiyyətinin nəinki yadplanetli sivilizasiyalarla təmasda olduğunu, həm də onlardan əldə edilən texnologiyalardan istifadə etdiyini iddia edib. Oxu.Az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Ş.Stounun fikrincə, ABŞ-də "geri mühəndislik" yolu ilə əldə edilmiş texnologiyalar mövcuddur. O, Rozuell insidentini xatırladaraq, həmin ərazidə həqiqətən bir obyektin qəzaya uğradığını, daha sonra isə rəsmi açıqlamaların dəyişdirildiyini iddia edib. Ş.Stoun həmçinin Milli Aerokosmik Agentliyinin (NASA) Aya uçuş proqramında iştirak etmiş əməkdaşı ilə söhbətindən danışıb. Onun sözlərinə görə, həmin şəxs gizli obyektlərdə yadplanetlilərlə görüş barədə məlumat verib.
Mənbə
oxu.az