İdman
Alleqri "Milan"dan qovuldu
"Milan" futbol klubu Massimiliano Alleqrini baş məşqçi postundan qovub. Oxu.Az xəbər verir ki, bu barədə futbol insayderi Nikolo Skira məlumat yayıb. Mayın 24-də "Milan" İtaliya çempionatının 38-ci turunda "Kalyari"yə 1:2 hesabı ilə uduzub və Çempionlar Liqasında oynamaq şansını əldən verib. 2026/2027 mövsümündə Milan təmsilçisi UEFA Avropa Liqasında çıxış edəcək. A Seriyası mövsümünün yekunlarına görə, "Milan" 70 xal toplayaraq turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb. Alleqri İtaliya klubuna 2025-ci ilin may ayının sonunda başçılıq etmişdi. O, daha əvvəl 2010-cu ildən 2014-cü ilə qədər bu komandanı çalışdırıb.
Mənbə
oxu.az