İqtisadiyyat
Bəzi şəxslərə pulsuz mənzillər veriləcək
Azərbaycanda əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün mənzillər veriləcək. Oxu.Az-ın məlumatına görə, bununla bağlı müvafiq prosedurlara start verilib. Belə ki, Saatlı rayonunda 18 ədəd üçotaqlı və 27 ədəd ikiotaqlı, Salyan rayonunda 9 ədəd ikiotaqlı, 18 ədəd üçotaqlı mənzilin satınalınması nəzərdə tutulur. Belə ki, sözügedən satınalmaya xərclənəcək ilkin ehtimal olunan məbləğ 5 milyon 464 min 800 manatdır.
Mənbə
oxu.az