İdman
Əfran İsmayılov vəzifəsindən ayrıldı
"Araz-Naxçıvan" klubu məşqçisi Əfran İsmayılovla yolları ayırıb. Oxu.Az Naxçıvan təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, mütəxəssis rəhbərliklə görüşərək klubdan ayrılmaq istədiyini bildirib. Rəhbərlik son 3 mövsümdə komandada fəaliyyət göstərən Ə.İsmayılovun müraciətini müsbət cavablandırıb. Qeyd edək ki, "Araz-Naxçıvan" Misli Premyer Liqasının 2025/2026 mövsümünü 46 xalla 6-cı pillədə bitirib.
Mənbə
oxu.az