İqtisadiyyat

Qlobal enerji nəhəngləri Bakıda toplaşırlar - FOTO

25 May 2026, 11:36 1 baxış
Qlobal enerji nəhəngləri Bakıda toplaşırlar - FOTO
"Bu il ilk dəfə olaraq Bakı Enerji Həftəsinin açılış mərasimi Bakı Ekspo Mərkəzində keçiriləcək, forumun sonrakı sessiyalarına isə Bakı Konqres Mərkəzi ev sahibliyi edəcək. Bu il 45 ölkədən beynəlxalq və yerli şirkətlər iştirak edəcək". Oxu.Az xəbər verir ki, bunu "Caspian Event Organisers" şirkətinin icraçı direktoru Bəhruz Hidayətzadə Bakı Enerji Həftəsi və "TransLogistica Caspian" sərgisinə həsr olunmuş mətbuat konfransında deyib. O bildirib ki, Bakı Enerji Həftəsində ənənəvi olaraq çoxsaylı beynəlxalq və yerli şirkətlər iştirak edəcəklər: "Tədbir çərçivəsində geniş və zəngin işgüzar proqram nəzərdə tutulub. Bakı Enerji Forumunun əsas proqramı ilə yanaşı, Bakı Ekspo Mərkəzində hər gün müxtəlif panel müzakirələri, interaktiv sessiyalar, təqdimatlar, imzalanma mərasimləri və digər tədbirlər keçiriləcək". B.Hidayətzadə əlavə edib ki, Bakı Enerji Həftəsi ilə eyni vaxtda "TransLogistica Caspian" sərgisi də təşkil olunacaq: "Region üçün böyük əhəmiyyət daşıyan nəqliyyat və logistika məsələləri ətrafında müzakirələr aparılacaq".
{{gallery}} Daha çox foto burada: PhotoStock.az
Qlobal enerji nəhəngləri Bakıda toplaşırlar - FOTO Qlobal enerji nəhəngləri Bakıda toplaşırlar - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər