İdman
İngiltərə Premyer Liqasında mövsümün bombardiri məlum oldu
İngiltərə Premyer Liqasının 2025/2026 mövsümü başa çatıb. Oxu.Az xəbər verir ki, mövsümün ən məhsuldar futbolçusu "Mançester Siti"nin hücumçusu Erlinq Holand olub. Norveçli futbolçu 35 oyunda 27 qola imza atıb. Bombardirlər siyahısında ikinci yeri "Brentford"un futbolçusu İqor Tyaqo tutub. O, 38 matçda 22 qol vurub. İlk üçlüyü isə "Bornmut"un hücumçusu Antuan Semenyo tamamlayıb. O, 37 görüşdə 17 dəfə fərqlənib. Mövsümün yekununa əsasən, Londonun "Arsenal" klubu 85 xalla İngiltərə çempionu olub. "Mançester Siti" 78 xalla ikinci, "Mançester Yunayted" 71 xalla üçüncü, "Aston Villa" isə 65 xalla dördüncü pillədə qərarlaşıb.
Mənbə
oxu.az