İqtisadiyyat
Türk lirəsinin ucuzlaşması Azərbaycan-Türkiyə ticarətinə təsir göstərə bilər? - VİDEO
Türkiyə lirəsinin ABŞ dollarına qarşı məzənnəsinin ucuzlaşması indiyədək qeydə alınan ən yüksək həddə çatıb. "Bloomberg"in məlumatına görə, rəsmi Ankara lirənin məzənnəsini qorumaq üçün təxminən 14 milyard dollar dəyərində ABŞ xəzinədarlıq istiqrazlarını sataraq portfelini cəmi 1.6 milyard dollara endirib. Bundan əvvəl isə eyni məqsədlə ölkənin qızıl ehtiyatlarının bir hissəsi satışa çıxarılıb. Bu fonda Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı may ayında 2026-cı il üçün inflyasiya proqnozunu 16%-dən 24%-ə qaldırıb. Qeyd edək ki, Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir.
Mövzu ilə bağlı Baku TV-yə danışan iqtisadçı Xalid Kərimli bildirib ki, Türkiyədəki inflyasiya Azərbaycana bu ölkədən idxal olunan məhsulların qiymətinə də birbaşa təsir göstərir. Bu baxımdan Azərbaycandakı inflyasiyada Türkiyədəki bahalaşmanın da payı var: "Türkiyədə hazırkı vəziyyət fərqlidir. Əvvəllər məzənnəni sürətlə ucuzlaşdırırdılar və nəticə etibarilə inflyasiya türk məhsullarının ixracda rəqabət qabiliyyətinə problem yaratmırdı. Lakin sonradan məzənnəni ucuzlaşdırmaqla ixracı və yerli istehsalı stimullaşdırmaq siyasəti ciddi fəsadlara yol açdı. Türkiyə lirəsinin il ərzində dəfələrlə ucuzlaşması ölkə iqtisadiyyatına investisiya axınını blokladı və ciddi maliyyə spekulyasiyalarına gətirib çıxardı. İndi Türkiyə 2020-2023-cü illərdəki problemi tam tərsinə çevirmək, yəni lirənin ucuzlaşma sürətini əhəmiyyətli dərəcədə aşağı salmaq istəyir. Düzdür, lirənin bir il ərzində 18% ucuzlaşması kiçik rəqəm kimi görünməyə bilər. Amma nəzərə alaq ki, bir neçə il əvvəl bu ucuzlaşma il ərzində 150-200 faizi keçirdi". Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, 2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanın Türkiyəyə ixracı 4.9%, bu ölkədən idxalı isə 5.7% azalıb.

Mənbə
oxu.az